...

Türkiyə parlamenti Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistan-Türkiyə protokollarını ratifikasiya etməyəcək – dövlət naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2010 14:37 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisi Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə, Ermənistan-Türkiyə protokollarını ratifikasiya etməyəcək.
Türkiyə parlamenti Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistan-Türkiyə protokollarını ratifikasiya etməyəcək – dövlət naziri

Türkiyə Böyük Millət Məclisi Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə, Ermənistan-Türkiyə protokollarını ratifikasiya etməyəcək. Bu barədə dövlət naziri və Aİ ilə danışıqlarda Türkiyə nümayəndə heyətinin rəhbəri Egemen Baxış Aİ-nin Danimarkadakı nümayəndəliyində keçirilən mətbuat konfransında deyib. Məlumatı çərşənbə günü "Hürriyyət" qəzeti yayıb.

Apreldə Ermənistan Prezidenti Serj Sarkisyan ötən ilin oktyabrında iki ölkənin xarici işlər nazirlərinin imzaladığı münasibətlərin normallaşdırılması haqqında Ermənistan-Türkiyə protokollarının parlamentdə ratifikasiya edilməsi prosedurunun dayandırılması barədə fərman imzalayıb.

Sarkisyan protokolların ratifikasiya edilməsi prosesinin müvəqqəti dayandırılmasını "milli maraqlarla" əsaslandırıb.

1993-cü ildə münasibətlərin pozulmasına və Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın dünyada "erməni soyqırımı"nı tanıtmaq cəhdləri və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti