...

Ermənistanın Azərbaycan SQ-nin atəşkəs rejimini intensiv pozması haqqında bəyanatı əsassızdır – Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2011 13:35 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi ötən günlərdə cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəs rejimini intensiv pozması haqqında Ermənistan tərəfinin bəyanatını əsassız adlandırıb.
Ermənistanın Azərbaycan SQ-nin atəşkəs rejimini intensiv pozması haqqında bəyanatı əsassızdır – Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi ötən günlərdə cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəs rejimini intensiv pozması haqqında Ermənistan tərəfinin bəyanatını əsassız adlandırıb.

"Azərbaycan tərəfi cəbhə xəttində atəşkəs rejiminə riayət edir, Ermənistan tərəfi isə əksinə, son iki gündə bu rejimi pozub və nəticədə Azərbaycan ordusunun əsgəri yaralanıb", - bazar ertəsi Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib.

Ermənistan tərəfi öz hərəkətlərini Azərbaycana aid edir, o əlavə edib.

Ermənistan KİV son günlərdə Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəs rejimini pozması və nəticədə erməni ordusunun iki əsgərinin yaralanması haqqında məlumat yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti