...

Xocalı faciəsinin 19-cu ildönümü Bolqarıstanda da qeyd olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2011 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir T.Hacıyev/

Xocalı faciəsinin 19-cu ildönümü Bolqarıstanda qeyd olunub. Bu barədə Trend-ə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Tədbirdə yerli ictimai, siyasi və elm xadimləri, dövlət və özəl strukturların, ölkədə akkreditə olunan diplomatik korpusların, beynəlxalıq təşkilatların nümayəndələri, o cümlədən Azərbaycan və Türk diasporunun üzvləri və Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov açaraq qonaqlara Dağlıq Qarabağ həqiqətləri, tarixi faktlar, erməni təcavüzü və onun ağır nəticələri, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və İKT-nin müvafıq qətnamələri və bu qətnamələrə indiyənədək Ermənistan dövləti tərəfındən əməl edilməməsi barədə ətraflı məlumat verib.

Sonra səfir 20-ci yüzilliyin ən dəhşətli hadisələrindən biri olan Xocalı faciəsi haqqında qonaqlara ətraflı məlumat verib.

O, Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi-mənəvi, hüquqi qiymət verilməsi və onun beynəlxalq aləmdə tanınması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünya liderlərinə soyqırımın "insanlığa qarşı cinayət kimi" tanınması ilə bağlı müraciətin ünvanlanması barədə məlumat verib.

Sonra proqrama uyğun olaraq iştirakçılar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Xocalı soyqırımı" filmi nümayiş etdirilib.

Daha sonra Rusiya və MDB xalqları dostluq federasiyasının və "Slavyanlar" fondunun katibi Beço Yakimov çıxış edərək filmdə nümayiş olunan vəhşilikəri tənqid edib və bunun insanlığa qarşı törədilmiş ən dəhşətli hadisə olduğunu bildirib. Yakimov bu cinayətin təkcə Azərbaycan xalqına deyil, bütün dünya ictimaiyyətinə qarşı törədildiyini qeyd edib və ümumiyyətlə insanlığa qarşı törədilmiş bütün cinayətlərin qarşısının alınması, eləcə də cinayət törədən şəxslərin cəzalandırılması üçün bu faciələrə dünya ictimaiyyəti tərəfindən hüquqi qiymət verilməsinin vacib olduğunu bildirib.

Dünya İqtisadiyyat İnstitutunun baş eksperti Sevda Stoyanova çıxışında Xocalı soyqırımı ilə bağlı ətraflı danışaraq, xalqımıza qarşı ermənilər tərəfindən tarixən onlarla bu cür vəhşiliklərin törədildiyini və daima xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparıldığım bildirib.

"Xocalıya ədalət" kampaniyasının Bolqanstan üzrə milli koordinatoru Axmed Başev "Xocalıya ədalət" kampaniyası barədə ətraflı məlumat verib, kampaniyanın təşkilat komitəsinin rəsmi internet saytının və müraciətinin təqdimatını keçirib, həmçinin müraciətin tədbir zamanı imzalanmasının mümkünlüyünü bildirib.

"Xocalıya ədalət" adlı videoklip qonaqlara nümayiş etdirilib.

Tədbirdə nümayiş etdirilən film, videoklip, həmçinin verilən məlumallarlar qonaqlar tərətindən böyük maraqla qarşılanıb və bu vəhşiliklər tənqid edilərək çox sayda müraciət imzalanıb.

Sonra azərbaycanlı tələbələr tərəfindən tədbir iştirakçılarına Dağlıq Qarabağ həqiqətləri, Xocalı soyqırımı, "Xocalıya ədalət" kampaniyasından bəhs edən kitablar, jurnallar, broşürlər, press-relizlər, disklər paylanılıb.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti