...

Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Rumıniyada anma mərasimi keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2011 00:11 (UTC +04:00)
25 fevral cümə günü Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyi tərəfindən anma mərasimi keçirilib. Bu barədə Trend-ə səfirliyin mətbuat xidmətindən xəbər veriblər.
Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Rumıniyada anma mərasimi keçirilib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

25 fevral cümə günü Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyi tərəfindən anma mərasimi keçirilib. Bu barədə Trend-ə səfirliyin mətbuat xidmətindən xəbər veriblər.

Mərasimdə yerli ziyalılar, Rumıniyanın Avropa İttifaqı institutlarında, o cümlədən Avropa Parlamentindəki təmsilçiləri, Rumıniyanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, sabiq və hazırkı senatorlar, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmaları, İran azərbaycanlıları, Heydər Əliyev təqaüdü alan rumıniyalı gənclər, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq nümayəndəliklərin, insan hüquqları üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşları iştirak edib.

Tədbir iştirakçıları Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, çıxış edənlər Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu söyləyərək, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışmış, tədbir iştirakçılarına soyqırım aktının bir sıra dünya ölkələrində anıldığını bildiriblər.

Sonra tədbir iştirakçılarına, İslam Konfransı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru xanım Leyla Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilmiş, kampaniyaya dair interaktiv Power Point təqdimatı nümayiş etdirilmiş və bu təşəbbüs yüksək qiymətləndirilmişdir. Kampaniya çərçivəsində həyata keçirilən Xocalı Faciəsinin insanlığa qarşı törədilmiş cinayət kimi tanınmasına dair dünya liderlərinə ünvanlanmış petisiyanın imzalanması başa çatdırılıb.

Həmçinin, tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar" seriyasından olan kitabçalarla, "Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)" adlı və rumın dilində çapdan çıxmış "Xocalı faciəsi", "Erməni mifi. Erməni Ekstremizmi: Onun səbəbləri və tarixi məzmunu" və "Erməni (mənimsənilmiş) xalq nağılları" kitabları ilə tanış olmuşlar. "Xocalı uşaqların gözü ilə" və Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto sərgi nümayiş etdirilib.

Xocalı faciəsi ilə bağlı səfirlik tərəfindən hazırlanmış pres-reliz Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilib.
Tədbir Rumıniyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, bir sıra qəzetlərdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto şəkillər, geniş və əhatəli məqalələr dərc olunub.

Tədbir iştirakçılarını Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə əyani şəkildə tanış etmək məqsədilə tədbirin keçirildiyi binalarda Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto sərgi təşkil ediləcək, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar" seriyasından olan kitabçalar, "Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)" adlı və rumın dilində çapdan çıxmış "Xocalı faciəsi" (səfirlik tərəfindən hazırlanmış materiallar əsasında), "Erməni mifi. Erməni Ekstremizmi: Onun səbəbləri və tarixi məzmunu" (Erix Fayql) və "Erməni (mənimsənilmiş) xalq nağılları" (Kamran İmanov və Paul Polidor) kitabları yayılıb.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti