...

Azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi barədə məruzə ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2011 10:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Doqquz yaşlı azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi barədə məruzə ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisə təqdim edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik məlumat verib.

"Mənim qrupum hadisə yerində uşağın öldürülməsi ilə bağlı vəziyyəti öyrənib, yerli hakimiyyəti, komandirləri dinləyib və ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim etdiyim məruzəni hazırlayıb", - Kaspşik deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinqin regionun şimal hissəsində keçirilməsi planlaşdırılmışdı, lakin bu hadisə ilə əlaqədar bir qədər cənuba keçirilib.

Ermənistan silahlı qüvvələrini atəşkəs rejimini pozması nəticəsində matrın 8-də saat 17-18 bradələrində Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov öz evinin həyətində oynayan zaman Ermənistan qoşunlarının işğal etdikləri Şıxlar kəndi tərəfdən açılan atəşlə qətlə yetirilib.

Xəbər lenti

Xəbər lenti