...

Azərbaycan bir mülki şəxsin Ermənistana qaytarılmasına razılıq verib - BQXK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2011 11:29 (UTC +04:00)
Azərbaycan tərəfi bir nəfər Ermənistan vətəndaşı olan mülki şəxsin qaytarılması barədə razılıq verib.
Azərbaycan bir mülki şəxsin Ermənistana qaytarılmasına razılıq verib - BQXK

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan tərəfi bir nəfər Ermənistan vətəndaşı olan mülki şəxsin qaytarılması barədə razılıq verib.

Bunu çəənbə günü Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Hüseynova bildirib ki, bununla bağlı BQXK-nın Bakı ofisinə Azərbaycan tərəfindən rəsmi müraciət olunub. O, qaytarılacaq mülki şəxsin adını açıqlamayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi əsir və saxlanılan şəxsin qaytarılması üçün Azərbaycan və Ermənistanla danışıqlara başlayıb.

Hüseynova bildirib ki, Ermənistan əsirlikdə olan bir nəfər Azərbaycan vətəndaşının qaytarılnmasına razılıq verib və bu barədə BQXK-nın Yerevan ofisinə müraciət edib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, bu ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, azərbaycanlı əsirləri qaytarmağa hazırdır. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, BQXK-nın Yerevan nümayəndəliyi bu barədə məlumatlandırılıb.

Martın 5-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekununa əsasən birgə bəyanat qəbul ediblər.

Sənəddə qeyd edilir ki, liderlər onların bundan əvvəl, 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüşü zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə edib və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəliblər.

Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov ötən il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Azərbaycanda isə 12 nəfər Ermənistan vətəndaşı əsir və girovluqda saxlanılır.

Xəbər lenti

Xəbər lenti