...

Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2011 09:41 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə bölmələri atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 18-də saat 18.51-dən 19.05-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 21.00-dan 21.15-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerlələn mövqelərdən;

- saat 21.20-dən 21.30-dək və 21.30-dan 21.40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 23.30-dan 23.45-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti