...

Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin dinc sakinin yaralanması barədə məlumatını təkzib edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2011 13:51 (UTC +04:00)
Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində dinc sakinin yaralanması barədə məlumatını təkzib edir.
Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin dinc sakinin yaralanması barədə məlumatını təkzib edir

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbəliyeva/

Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində dinc sakinin yaralanması barədə məlumatını təkzib edir.

Ermənistan Müdafiə Nazirliyinin göstərdiyi gün qoşunların təmas xəttinin cənub-şərq istiqamətində atəşkəs rejiminin pozulması qeydə alınmayıb və Azərbaycan tərəfi cavab atəşi açmayıb. Bunu cümə axşamı Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətini rəis müavini Teymur Abdullayev bildirib.

Ermənistan KİV-i ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb ki, mayın 11-də saat 18:05-də təmas xəttinin cənub-şərq istiqamətində Hadrut rayonu Kürataq kənd sakini, 33 yaşlı Araik Balasanyan traktorda işləyərkən başından yaralanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti