...

Ermənilərin Azərbaycanın mülki vətəndaşını öldürməsi faktı ilə bağlı cinayət işi açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2011 13:46 (UTC +04:00)
Ermənilərin Azərbaycanın mülki vətəndaşını öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.
Ermənilərin Azərbaycanın mülki vətəndaşını öldürməsi faktı ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bərdə, 5 iyun /Trend, müxbir Ş.Cəliloğlu/

Ermənilərin Azərbaycanın mülki vətəndaşını öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.

Trend-in Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, cəbhənin Ağdam istiqamətində ermənilərin Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Elmar Piriyevin qətlə yetirilməsi faktı ilə bağlı Ağdam rayon prokuroluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Ağdam rayon prokurorunun köməkçisi Pərviz Nərimanov bölgə müxbirinə verdiyi məlumaya görə, Ağdamın Cəmənli kəndi istiqamətində ermənilərin qətlə yetirdiyi Elmar Piriyev meyiti üzərində müayinə aparılıb. Onun bədənindən1 ədəd güllə çıxarılıb. İlkin məlumata görə Elmar Piriyev Ağdamın işğal altındakı Qaraağaclı kəndindən açılan atəş nəticəsində vurulub.

E.Piriyev Ağdamın Çəmənli kəndi ərazisində erməni mövqelərindən 800-1000 m aralıda vurulub. Hadisə zamanı o, ərazidə tək olub. Buna görə də mərhumun qanitirmədən dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, Elmar Piriyev 3 ay ərzində ermənilərin qətlə yetirdiyi 2-ci Azərbaycanın mülki vətəndaşıdır.

Ümumilikdə bu ilin ilk 5 ayında ermənilərin açdığı atəş nəticəsində 6 hərbi qulluqçumuz və 2 mülki şəxs öldürülüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti