...

İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir - XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyun 2011 16:46 (UTC +04:00)
Biz Dağlıq Qarabağ münaqişəsinin həllinin başlanğıcının astanasındayıq.
İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir - XİN rəhbəri

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Biz Dağlıq Qarabağ münaqişəsinin həllinin başlanğıcının astanasındayıq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Tbilisidə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə birgə brifinqdə İsveç XİN rəhbəri Karl Bildt bildirib.

"Biz bu münaqişəyə böyük diqqət ayırırıq və ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti danışıqlarda böyük irəliləyiş əldə olunacaq", - o deyib.

Bildt qeyd edib ki, bu məsələ Vaşadze ilə bu gün bir saatdan artıq davam edən görüşdə müzakirə olunub.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü iyunun 25-də Kazan şəhərində keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti