...

Türkiyə Xankəndi aeroportu üçün avadanlıq satmayıb - səfirlik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2011 17:03 (UTC +04:00)
Türkiyənin "Dəmirçi Makina" Sənaye və Ticari Ltd. şirkəti Xankəndi aeroportunun tikintisi üçün Ermənistan tərəfinə avadanlıq satmayıb.
Türkiyə Xankəndi aeroportu üçün avadanlıq satmayıb - səfirlik

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Türkiyənin "Dəmirçi Makina" Sənaye və Ticari Ltd. şirkəti Xankəndi aeroportunun tikintisi üçün Ermənistan tərəfinə avadanlıq satmayıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan məlumatda deyilir.

Məlumatda o da bildirilb ki, Türkiyə Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı üçün bu bölgəyə gedən bütün malları Azərbaycan gömrükçülərinə göndərir. Bundan əlavə, Türkiyədən Ermənistana hər hansı bir malın ixracına icazə verilmir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti