...

Beynəlxalq oyunçular Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırlar - İsmayıl Ağakişiyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2011 13:33 (UTC +04:00)
Beynəlxalq oyunçuların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması energetika məsələlərindən asılı ola bilər. Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, Rusiya Dövlət Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, Trend-in Ekspert Şurasının üzvü İsmayıl Ağakişiyev belə hesab edir.
Beynəlxalq oyunçular Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırlar - İsmayıl Ağakişiyev

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Beynəlxalq oyunçuların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması energetika məsələlərindən asılı ola bilər. Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, Rusiya Dövlət Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, Trend-in Ekspert Şurasının üzvü İsmayıl Ağakişiyev belə hesab edir.

"Beynəlxalq oyunçuların Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması energetik məsələlərindən asılı ola bilər, həmçinin bunda iki ölkənin tərəfdaşlığını möhkəmləndirən Rusiya ilə iqtisadi layihələr də böyük rol oynaya bilər", - Ağakişiyev cümə gün Bakıdakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ prosesində daha aktiv iştirak edir, lakin yeni vasitəçilər üçün irəliyə hərəkət vacibdir.

"Əgər ABŞ bu gün 90-cı illərdə "Əsrin müqaviləsi" bağlandığı vaxtdakı kimi aktiv mövqe tutarsa, bunun da danışıqlar prosesinə kömək etməsi mümkündür", - Ağakişiyev bildirib.

O hesab edir ki, münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür. Onun fikrincə, Azərbaycan danışıqlarda daha çevik mövqe tutur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti