...

Azərbaycanda 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2011 12:12 (UTC +04:00)
Azərbaycanda iyun ayında 2 mln. kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib
Azərbaycanda 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Azərbaycan, Bakı, 13 iyul /Trend /

Azərbaycanda iyun ayında 2 mln. kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.Trend-in məluamtına görə, bu barədə çərşənbə günü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.

Yoxlanılmış ərazidə 2,7 min PHS, 8 ədəd tank, 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 164 mln. kvadrat metr ərazi təmizlənib, 662 min mina və PHS-lər aşkar edilib.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcəbədi, Bərdə, Füzuli, Goranboy, Tərtər, Yevlax eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Xəbər lenti

Xəbər lenti