...

Abdulla Gül Medvedyevlə Qarabağ məsələsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Avqust 2011 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Türkiyə Prezidenti Abdullah Gül və Rusiya Prezidenti Dmitriy Medvedyev Qarabağ məsələsini müzakirə edəcəklərlər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat yayıb.

Gül sentyabrın 7-də və 8-də Yaroslavl Qlobal Siyasi forumunda iştirak etməkl məqsədi ilə Rusiyaya səfər edəcək.

Rusiya Prezidenti Dmitriy Medvedyevin rəhbərliyi ilə baş tutacaq forumda, həmçinin Almaniya Kansleri Angela Merkel və Latviyanın sabiq prezidenti Valdis Zatlers də iştirak edəcəklər.

Güllə Medvedevin görüşündə, Qarabağ münaqişəsi ilə yanaşı, İranın nüvə proqramı, Əfqanıstan, İraq, Liviya, Misir və Suriyadakı vəziyyət də müzakirə mövzusu olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti