Azərbaycan, Bakı, 26 avqust /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-də saat 05.25-dən 05.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Alıxanlı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.