...

Türkdilli dövlətlər birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2011 12:09 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə TDƏŞ katibliyinin rəhbəri Xəlil Akıncı Trend-ə eksklüziv müsahibəsində bildirib.
Türkdilli dövlətlər birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Qazaxıstan, Astana, 15 sentyabr /Trend, müxbir A.Maratov/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə TDƏŞ katibliyinin rəhbəri Xəlil Akıncı Trend-ə eksklüziv müsahibəsində bildirib.

"TDƏŞ-in tərkibinə daxil olan bütün türkdilli dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönələn və dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına dair beynəlxalq normalara riayət olunmasına əsaslanan mövqeni dəstəkləyir", - Türkiyənin Rusiyadakı keçmiş səfiri Akıncı bildirib.

TDƏŞ regional ümumtürk birliyidir və türk xalqlarının birliyinin möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun yaradılması haqqında saziş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə imzalanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti