...

Azərbaycan və ATƏT-in Minsk qrupu razıdırlar kı, mövcud status-kvonun saxlanılması mümkün deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2011 21:02 (UTC +04:00)

ABŞ, Nyu-York, 23 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov və Robert Bradtke ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarını müzakirə edib. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

Görüş cümə günü Məmmədyarovun BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirakı çərçivəsində baş tutub.

XİN rəhbəri və həmsədrlər münaqişənin tənzimlənməsi prosesində növbəti addımların müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər razıdırlar ki, mövcud status-kvonun saxlanılması mümkün deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti