...

Kazan görüşündən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli addım atılmayıb - Araz Əzimov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2011 17:18 (UTC +04:00)
Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı hələ ki irəli addım atılmayıb.
Kazan görüşündən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli addım atılmayıb - Araz Əzimov

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı hələ ki irəli addım atılmayıb. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

"Xarici işlər naziri Elmar Məmmədyarov bu yaxında Nyu Yorkda həmsədrlərlə görüş keçirdi, amma inanmıram ki, orada irəliləyiş əldə edilsin. Çünki həmsədrlər yəqin anlayırlar ki, Ermənistanın mövqelərində dəyişiklik olmalıdır", - Əzimov bildirib.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti