...

ATƏT-in baş katibi Daglıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu qiymətləndirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2011 12:40 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak və eyni zamanda, cəbhədə gərginliyin daha da artmasına yol verilməməsi RF və ATƏT-in digər aparıcı üzvlərinin mövqelərinin üst-üstə düşdüyü prioritet məsələlərdən biridir.
ATƏT-in baş katibi Daglıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu qiymətləndirib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir S.Ağayeva/

Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak və eyni zamanda, cəbhədə gərginliyin daha da artmasına yol verilməməsi RF və ATƏT-in digər aparıcı üzvlərinin mövqelərinin üst-üstə düşdüyü prioritet məsələlərdən biridir. ATƏT-in baş katibi Lamberto Dzanner belə hesab edir.

"Bu gun Rusiyanın ATƏT-in Minsk qrupunun fəaliyyətində iştirakı və Rusiya Prezidentinin Azərbaycanla Ermənistan arasında gedən danışıqların yüksək səviyyədə olmasına yardım etmək üçün şəxsən yaxından iştrakı məsələnin həll olunmasında vacib rol oynayır", - Trend-in məlumatına görə, Dzannerin bu gün "Kommersant" qəzetində dərc olunmuş məqaləsində deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti