...

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2011 10:06 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 3 dekabr / Trend /

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 8-də saat 11.50-dən 12.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi;

- saat 18.15-dən 18.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 18.00-dan 18.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 20.20-dən 20.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti