...

Vitse-spiker:Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr ölkələrin fəallığı müsbət nəticə verə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2012 10:48 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində Mins qrupunun həmsədr ölkələrin fəallığı müsbət nəticə verə bilər.
Vitse-spiker:Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr ölkələrin fəallığı müsbət nəticə verə bilər

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E. Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsinin həllində Mins qrupunun həmsədr ölkələrin fəallığı müsbət nəticə verə bilər.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Yanvarın 23-də keçiriləcək Prezidentlərin növbəti görüşü ilə bağlı müsbət proqnoz verməkdə çətinlik çəkən vitse-spiker bildirib ki, danışıqların davam etməsi münaqişənin sülh yollu ilə həlli limitinin hələ tükənmədiyini göstərir.

"Rusiya kimi Minsk qrupunun digər həmsədrlərinin də bu məsələdə fəal olmasını arzulamaq olar. Bu ümumi fəallıq məsələnin həllinə doğru yönələrsə, mütləq öz müsbət nəticəsini verə bilər", Muradova deyib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü yanvarın 23-də Soçidə keçiriləcək.

Bu görüş RF Prezidentinin təşəbbüsü ilə təşkil olunan sayca onuncu görüş olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti