...

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 10:09 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 22-də saat 16:50-dən 17:00-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 16:30-dan 16:35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:40-dan 16:45-dək və 22:15-dən 22:20-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20:45-dən 20:55-dək, 23:45-dən 23:55-dək Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, yanvarın 23-də saat 06:20-dən 06:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti