...

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Azərbaycana gələcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2012 13:40 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin (İrlandiya) Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Pedreyk Merfi regional səfəri çərçivəsində bu gün axşam Azərbaycana gələcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Azərbaycana gələcək

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir E.Tariverdiyeva/

ATƏT-in fəaliyyətdə olan sədrinin (İrlandiya) Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Pedreyk Merfi regional səfəri çərçivəsində bu gün axşam Azərbaycana gələcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Merfi səfəri zamanı Azərbaycan XİN rəhbərinin müavinləri Araz Əzimov və Mahmud Məmmədquliyevlə görüşlərin keçirilməsini planlaşdırır. Habelə onun Müdafiə Nazirliyinin və Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşü nəzərdə tutulub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti