...

RF Təhlükəsizlik Şurasının katibi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2012 12:07 (UTC +04:00)
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyanla görüş keçirib.
RF Təhlükəsizlik Şurasının katibi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyanla görüş keçirib. Trend-in məlumatına görə, bu barədə Panorama.am Prezidentin mətbuat xidmətinə istinadən yazır.

Tərəflər regional problem və çağırışlara, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışqılar prosesinin son inkişafına diqqət ayırıblar.

Patruşev qeyd edib ki, Yerevandakı görüş zamanı hərbi, hərbi-texniki əməkdaşlıq məsələləri, eləcə də humanitar sahədə əməkdaşlıq, təbii fəalkətlərin aradan qaldırılması məsələsində qarşılıqlı fəaliyyət və s. mövzular müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti