...

Beynəlxalq Böhran Qrupu Minsk qrupunun həmsədr ölkələrini səylərini artırmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 18:28 (UTC +04:00)
Beynəlxalq Böhran Qrupu (BBQ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli sülhün əldə olunması üçün beynəlxalq ictimaiyyəti, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini öz səylərini artırmağa çağırıb.
Beynəlxalq Böhran Qrupu Minsk qrupunun həmsədr ölkələrini səylərini artırmağa çağırır

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Beynəlxalq Böhran Qrupu (BBQ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli sülhün əldə olunması üçün beynəlxalq ictimaiyyəti, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini öz səylərini artırmağa çağırıb.

Trend BBQ-nin rəsmi saytına istinadən xəbər verir ki, təşkilat öz hesabatında hadisələrin araşdırılması üçün mexanizmin, o cümlədən atəşkəsin pozulması hallarını müzakirə etmək üçün tərəflər arasında mexanizmin yaradılmasının, həmçinin qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini qorumağın vacibliyini vurğulayıb.

Təşkilat, həmçinin tərəflər arasında etimadın yaradılmasının, o cümlədən Dağlıq Qarabağın etnik erməni əhali ilə Dağıq Qarabağdan və işğal olunmuş digər ərazilərdən qovulmuş Azərbaycan əhalisi arasında görüşlərin stimullaşdırılmasının mühüm olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti