...

Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Fevral 2012 09:53 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəs rejimini pozub. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 29 fevral /Trend/

Ermənistan Silahlı Qüvvələri üç istiqamətdə atəşkəs rejimini pozub. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 28-də saat 15:08-dən 15:12-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18:30-dan 18:33-dək və 22:40-dan 22:45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:50-dən 23:05-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti