...

Ermənistanın AŞPA-da Dağlıq Qarabağla bağlı Alt Komitənin yaradılmasından imtinası məsələsinə aydınlıq gətirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2012 13:18 (UTC +04:00)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermənistanın qurumda Dağlıq Qarabağla bağlı Alt Komitənin yaradılmasından imtina etməsi məsələsinə aydınlıq gətirib.
Ermənistanın AŞPA-da Dağlıq Qarabağla bağlı Alt Komitənin yaradılmasından imtinası məsələsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermənistanın qurumda Dağlıq Qarabağla bağlı Alt Komitənin yaradılmasından imtina etməsi məsələsinə aydınlıq gətirib.

"Ermənistan tərəfi nəinki bu məsələ ilə bağlı münasibətini qəribə göstərir, hətta özü imzaladığı məsələrlə bağlı sözlərini inkar edir. Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşün nəticəsi olaraq sənəd imzalanıb. Həmin sənədin sonuncu bəndində yazılıb ki, iki ölkə ictimaiyyətinin nümayəndələri müxtəlif səviyyələrdə görüşlər keçirsin. Millət vəkilləri də məhz xalqları təmsil edən şəxslərdir və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri işləyirlər", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov deyib.

Seyidov bildirib ki, Ermənistan Prezidenti sənədi imzalayır, ancaq Ermənistan nümayəndə heyəti bu imzalanmış sənədin tələblərinə məhəl qoymadan Dağlıq Qarabağla bağlı yaradılmış Alt Komitənin iclaslarından qaçır və bu addım dəfələrlə Ermənistan tərəfindən atılır.

"Ermənistan tərəfi yaxşı bilir ki, gəlib həmin danışıqlara başlasalar, real faklar ortaya çıxacaq. Ümumiyyətlə, Ermənistanın siyasətində məqsəd real faktları və məsələləri imkan daxilində gizlətməkdir. Amma artıq bunu gizlətmək mümkün deyil. Çünki Azərbaycan torpaqlarının işğalı dünya birliyi tərəfindən tanınır", - deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti