Azərbaycan, Bakı, 7 mart / Trend müxbir K.Zərbalıyeva/
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz ötüşüb. Bu barədə çərşənbə günü Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki, şəxsi köməkçi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz ötüşüb
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz ötüşüb. Bu barədə çərşənbə günü Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib