...

Elmar Məmmədyarov Böyük Britaniyada Minsk qrupu həmsədrləri ilə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2012 15:51 (UTC +04:00)
Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə yola düşüb.
Elmar Məmmədyarov Böyük Britaniyada Minsk qrupu həmsədrləri ilə görüşəcək

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə yola düşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü nəzərdə tutulur.

Nazir, eyni zamanda, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton və Böyük Britaniya parlamentinin Britaniya-Azərbaycan qrupunun üzvləri ilə də görüşəcək.

Xəbər lenti

Xəbər lenti