...

Drezdendə Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2012 12:05 (UTC +04:00)
Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə “Alm.az” Cəmiyyəti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Drezdendə Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 8 may /Trend/

Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə "Alm.az" Cəmiyyəti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə soydaşlarımızla yanaşı, Almaniya ziyalıları, tarixçiləri, yəhudi, Ukrayna, Estoniya, Litva, Qazaxıstan icmalarının nümayəndələri iştirak ediblər. Tədbirdə qonaqlara Şuşa şəhərinin tarixi, mədəniyyəti, dünya mədəniyyəti və incəsənətinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri, ermənilərin Dağlıq Qarabağa sonradan köçürülməsi, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal etməsi, 1 milyon azərbaycanlının öz doğma torpaqlarını tərk etməyə məcbur olaraq qaçqın və məcburi köçkün taleyi yaşaması, BMT Təhlükəsizlik Şurasının, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi torpaqları dərhal azad etməsini tələb etməsinə dair qətnamələrə əməl etməməsi barədə ətraflı məlumat verilib, Dağlıq Qarabağ və Şuşanın işğaldan əvvəl və işğaldan sonrakı görüntülərini əks etdirən sənədli film nümayiş etdirilib. Tədbir iştirakçılarına tarixən Azərbaycan torpağı olan Qarabağın, Şuşanın işğalından bəhs edən kitablar, yazılı sənədlər və disklər təqdim olunub.

Xəbər lenti

Xəbər lenti