...

Rusiya Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşməsindən narahatdır - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2012 17:07 (UTC +04:00)
Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşməsindən narahatdır.
Rusiya Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşməsindən narahatdır - XİN

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşməsindən narahatdır. Trend-in "Rossiya24" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

"Biz münaqişənin bundan sonra eskalasiyasını qəbuledilməz hesab edirik və tərəflərə münaqişənin sülhlə həll edilməsi yollarının axtarışında kömək etməyə davam edəcəyik", - o deyib.

Onun sözlərinə görə, Rusiya ümid edir ki, Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gərginliyi azaldacaq və Dağlıq Qarabağ münaqişəsi məsələsində irəliləyişə, həmçinin hərtərəfli sülh müqaviləsinin əsasında dayanmalı olan prinsipləri razılaşdırmağa kömək edəcək.

"Rusiya o mövqedən çıxış edir ki, tərəflər atəşkəs rejiminə sadiq qalmalıdırlar", - Lukaşeviç qeyd edib.

Onun sözlərinə görə, təmas xəttində baş verən bu cür insidentlər əvvəllər əldə edilən razılıqları pozur və danışıqları mürəkkəbləşdirir.

"Biz tərəfləri güc tətbiq etməmək, ərazi bütövlüyünün qorunması və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında münaqişənin süh yoli ilə nizamlanmasına nail olmağa yönəldilmiş səyləri davam etdirməyə çağırırıq", - Lukaşeviç vurğulayıb.

XİN nümayəndəsi bildirib ki, Minsk qrupunun formatı razılaşdırılmış şəkildə fəaliyyət göstərir və Dağlıq Qarabağ ətrafında sülh prosesinin baza elementi olaraq qalır.

"Bu barədə ABŞ dövlət katibi Hillari Klinton da regiona səfəri zamanı bildirib", - Lukaşeviç deyib.

Xəbər lenti

Xəbər lenti