...

Rusiya, ABŞ və Fransa Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları sürətləndirməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2012 04:20 (UTC +04:00)
Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri təəssüflənir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı həlledici addımlar atmır və tərəfləri problemin həllini əsas prinsiplərin üzərində sürətləndirməyə çağırırlar.
Rusiya, ABŞ və Fransa Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları sürətləndirməyə çağırır

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri təəssüflənir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı həlledici addımlar atmır və tərəfləri problemin həllini əsas prinsiplərin üzərində sürətləndirməyə çağırırlar.

"Böyük iyirmiliy"in (G20) Meksikada keçirilən sammitində üç ölkənin liderləri tərəfindən birgə bəyanatda bildirilib ki, Azərbaycan və Ermənistanın 26 may 2011-ci ildə Dovildə verilmiş birgə bəyanata əsasən həlledici addımlar atmamasına təəssüflənirlər.

Bəyanat müəllifləri tərəfləri 2012-ci ilin yanvarında Soçidə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas prinsiplər üzrə razılığa gəlməyi surətləndirmək haqqında üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıblar.

Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin birgə bəyanatında vurğulanıb ki, siyasi iradənin nümayişi kimi, tərəflər danışıqlardakı maksimalist mövqelərdən geri çəkilməli, 1994-cü ildə atəşkəs rejimi haqqında razılaşmaya hörmətlə yanaşmalı, gərginliyi artıran aqressiv ritorikadan istifadə etməməlidirlər.

Münaqişənin həllində tərəflərə Helsinki Yekun Aktının prinsipləri, xüsuilə də güc tədbiqindən çəkinmə, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddaratını həlletmə hüquqlarına, eləcə də Akvil və Muskokda Minsk qrupunun həmsədr ölkələrinin bəyanatlarında əks etdirilən nizamasalma elementlərinə əsaslanmağı məsləhət görürlər.

"Hərbi qüvvə münaqişəni həll etməyəcək və bölgədə insanların əzablarını və çətinliklərini daha da uzadacaq", - belə hesab edən ABŞ, Rusiya və Fransa prezindetlərinin fikrincə, bölgəni status-kvodan çıxararaq təhülkəsiz və rifahlı gələcəyə yalnız danışıqlar yolu ilə əldə edilən sülh apara bilər.

Birgə bəyanatın sonunda bildirilib ki, ABŞ, Rusiya və Fransa münaqişə tərəfləri ilə birgə işi davam etdirməklə onları Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən tam yararlanmağa çağırırlar.

Bununla yanaşı, nəticə etibarilə sülh münaqişə tərəflərinin nümayiş etdirəcəyi qarşılıqlı anlaşma və sülhün bütün insanlara və gələcək nəsillərə gətirəcək faydanı anlamalarından asılı olacaq.

Xəbər lenti

Xəbər lenti