...

ATƏT atəşkəsin intensiv pozulduğu ərazidə monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2012 10:31 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycanın Qazax rayonunun Məzəmli kəndinin 2,5 km şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT atəşkəsin intensiv pozulduğu ərazidə monitorinq keçirəcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycanın Qazax rayonunun Məzəmli kəndinin 2,5 km şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirəcəklər.

Qeyd edək ki, son həftələr Ermənistan Silahlı Qüvvələri həmin istiqamətdə atəşkəs rejimini intensiv pozur.

Xəbər lenti

Xəbər lenti