...

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2012 10:03 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən və bu gecə növbəti dəfə atəşkəsi pozublar.
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən və bu gecə növbəti dəfə atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində, işğal olunmuş Ağdam rayonunun Mərzili, Qaraqaşlı və Şirvanlı; Cəbrayıl rayonunun Mehdili; Goranboy rayonunun Tapqaraqoyunlu; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti