...

NATO baş katibi: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2012 11:39 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil. Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen cümə günü Azərbaycan Diplomatik Akademiyasında (ADA) çıxış edərkən bildirib.
NATO baş katibi: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil. Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen cümə günü Azərbaycan Diplomatik Akademiyasında (ADA) çıxış edərkən bildirib.

"Münaqişədə irəli getməyin yeganə yolu dialoq, kompromis və əməkdaşlıqdır", - Rasmussen deyib. Xəbər Baş katibin Twitter-dəki rəsmi səhifəsində verilib. "Mən Azərbaycanın zabit Ramil Səfərovu əfv etməsi qərarından son dərəcə narahatam. Bu, etimada ziyan vuracaq və sülh prosesinə yardım etməyəcək", - NATO baş katibi bildirib.

Onun fikrincə, münaqişə dirçəlməməlidir: "Regionda gərginlik azalmalı, barışıq və əməkdaşlığa yardım üçün tədbirlər görülməlidir. Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır və NATO Azərbaycanın mühüm tərəfdaşı qalmaqda davam edəcək".

Xəbər lenti

Xəbər lenti