...

Bahar Muradova: ATƏT PA-nın sessiyasında ermənilərin Ramil Səfərovla bağlı məsələni müzakirəyə çıxarılması cəhdinin qarşısı alınacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2012 10:27 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının növbəti sessiyasında ermənilər Ramil Səfərovla bağlı məsələni müzakirəyə çıxarmağa cəhd edərlərsə, biz onun müqabilində arqumentli fikirlərimizi söyləyəcəyik.
Bahar Muradova: ATƏT PA-nın sessiyasında ermənilərin Ramil Səfərovla bağlı məsələni müzakirəyə çıxarılması cəhdinin qarşısı alınacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Parlament Assambleyasının növbəti sessiyasında ermənilər Ramil Səfərovla bağlı məsələni müzakirəyə çıxarmağa cəhd edərlərsə, biz onun müqabilində arqumentli fikirlərimizi söyləyəcəyik. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

"Bu məsələnin ətrafında qaldırılan hay-küy, ajiotajı Ermənistan tərəfindən başa düşmək olar. Çünki onlar düşdükləri vəziyyətin acınacaqlı olduğunu bütün mənalarda dərk edirlər və bu addım, çox yumşaq şəkildə desək, onlara bir tərs sillə kimi dəydi. Onlar bu məsələni müxtəlif beynəlxalq tədbirlərdə qaldırırlar və buna davam edəcəklərinə əminəm", - Muradova əlavə edib.

Vitse-spikerin sözlərinə görə, amma nə qədər bu məsələ ətrafında müzakirələr açılsa da, artıq erməni hay-küyü, erməni yalanı erməni işğalını və təcavüzünü, Azərbaycan ərazilərini işğalda saxlamasını ört-basdır edə bilməyəcək və ermənilər status-kvonun qəbuledilməzliyi haqqında həmsədrlərin fikirlərini arxa plana keçirə bilməyəcəklər.

"Bu gün bütün cəhdlərin mahiyyətində yalnız bu dayanır: diqqəti xırda faktlara yönəltmək, münaqişənin əsas mahiyyətini yox, onun elementlərini müzakirəyə çıxarmağa çalışmaq", - Muradova qeyd edib.

Xəbər lenti

Xəbər lenti