...

Rusiya Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərini görüşdürmək niyyətindədir – politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2012 14:17 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərini görüşdürmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Rusiya Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərini görüşdürmək niyyətindədir – politoloq

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Rusiya Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərini görüşdürmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın Dağlıq Qarabağa səfər etdikdən sonra Moskvada Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşəcəyi barədə dediyi fikir bunu ehtimal etməyə əsas yaradır.

"Gecikmiş olsa da, rəsmi Moskvanın belə bir niyyəti faydalıdır. Moskva ermənilərinin yaxından iştirakı ilə Ermənistan rəhbərliyinin Qafqazda "Separatıstan" yaratmaq istiqamətindəki fəaliyyətinin məhvə doğru getməsi ilk növbədə Rusiyanın özü üçün faydalıdır. SSRİ-ni dağıdan "Separatıstan" indi də Qərbin fəaliyyətdə olan proyektidir", - Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun da bu mövzuda xoş niyyəti barədə mətbuatda açıqlama verildi.

"Lakin nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşləri harada başlamasından asılı olmayaraq, ən qısa müddət ərzində Dağlıq Qarabağın ərazisinə keçirilməlidir", - Əhmədoğlu deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ təkcə Dağlıq Qarabağ azərbaycanlıları və ermənilər üçün deyil, həm də Ermənistanla Azərbaycanın dialoq məkanına çevrilməlidir.

"Belə olan təqdirdə, həm Ermənistan iqtisadi böhrandan çıxa bilər, həm də ümumilikdə Qafqaz regionunda təhlükəsizlik daha da möhkəmlənə bilər. Hər iki hal Rusiyanın yalnız faydasınadır", - Əhmədoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti