...

Bahar Muradova: Həmsədrlərin regiona səfəri Dağlıq Qrabağ münaqişəsi ilə bağlı vəziyyəti dəyişə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2012 13:29 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri Dağlıq Qrabağ münaqişəsi ilə bağlı dondurulmuş prosesdə vəziyyəti dəyişə bilər.
Bahar Muradova: Həmsədrlərin regiona səfəri Dağlıq Qrabağ münaqişəsi ilə bağlı vəziyyəti dəyişə bilər

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri Dağlıq Qrabağ münaqişəsi ilə bağlı dondurulmuş prosesdə vəziyyəti dəyişə bilər. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Muradovanın sözlərinə görə, əgər tərəflər problemin danışıqlar yolu ilə həll edilməsinə sadiq olduqlarını bəyan edirlərsə, o zaman bu danışıqlar aparılmalıdır.

Vitse-spiker hesab edir ki, beynəxlalq hüquq prinsiplərini pozan və konstruktivlikdən uzaq mövqe sərgiləyən tərəfə təzyiqlər edilməlidir.

"Bu təzyiqin müxtəlif formaları var. Ən azı ATƏT-in Minsk qrupu Ermənistanı konstruktivliyə çağıra bilər. Düşünürəm ki, beynəlxalq təşkilatlar təzyiq rıçaqlarını işə salmaqla Ermənistanı sülhə məcbur edə bilərlər. Bunun üçün əməli və konkret tədbirlər görülməlidir. Əks təqdirdə isə, düşünürəm ki, Azərbaycan öz ərazisində özünün səlahiyyətlərinə və imkanlarına uyğun tədbirlər həyata keçirməyə məcbur olacaq", - Muradova əlavə edib.

Qeyd edək ki, bir neçə günə həmsədrlərin regiona səfəri başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti