...

Mehmet Sağlam: Zamanı gəlincə Türkiyə parlamenti Xocalı soyqırımı ilə bağlı qərar verəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2012 10:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/

Zamanı gəlincə Türkiyə parlamenti Xocalı soyqırımının tanınması ilə bağlı qərar verəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Türkiyə parlamentində, hətta müxalifət və iqtidar arasında heç bir fikir ayrılığı yoxdur.

Sağlam deyib ki, Türkiyə parlamenti hər zaman Azərbaycanın maraqlarını nəzərə alaraq qərarlar verir və bu günə qədər bütün qərarlar bu cür olub.

"Təbii ki, əsas xarici siyasət Xarici İşlər Nazirliyi və hökumət tərəfindən aparılır və onlar da bu günə qədər hər zaman Azərbaycanın maraqlarını parlamentdə qaldırırlar və biz onu alqışlarla qəbul edirik", - vitse-spiker qeyd edib.

Sağlam bildirib ki, bundan başqa fikir yürüdən olmaz və Türkiyə parlamentində belə bir fikrin müəllifi olacaq heç kəs yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti