...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2012 09:26 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Cəvahirli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti