Azərbaycan, Bakı, 19 dekabr /Trend/
Ermənistan hərbiçiləri Ağdam istiqamətində atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.