...

Dağlıq Qarabağın azərbaycanlı icması 2013-cü ilin prioritetlərini müəyyənləşdirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2012 12:56 (UTC +04:00)
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında 2012-ci ildəki fəaliyyətin yekunlarına dair hesabat iclası keçirilib.
Dağlıq Qarabağın azərbaycanlı icması 2013-cü ilin prioritetlərini müəyyənləşdirib (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.İsabalayeva/

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında 2012-ci ildəki fəaliyyətin yekunlarına dair hesabat iclası keçirilib.

Birlikdən Trend-ə daxil olan məlumata görə, iclası giriş nitqi ilə açan İctimai Birliyin idarə heyətinin sədri, icma rəhbəri Bayram Səfərov iclas iştirakçılarına görülən işlər barədə ümumi məlumat verib.

Sonra İcmanın Analitik-informasiya mərkəzinin rəhbəri Elçin Əhmədov 2012-ci ilin birinci yarısında İctimai Birlik tərəfindən həyata keçirilən tədbirlər və görüşlər haqqında ətraflı məlumat verib.

Daha sonra Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov icmanın Əlaqələndirmə şurasının sədri seçildiyi vaxtdan keçən dövr ərzində həyata keçirilmiş işlər barədə məlumat verib.

Əlaqələndirmə şurasının sədri 2012-ci ilin ikinci yarısında icmanın həm ölkə daxilində, həm də xarici ölkələrdə həyata keçirdiyi tədbirlər barədə və 2013-cü il üçün qarşıda duran vəzifələr haqqında idarə heyəti üzvlərinə ətraflı məlumat verib.

Hesabatlar dinlənildikdən sonra icmanın idarə heyətinin üzvü, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək ötən dövr ərzində keçirilən tədbirləri yüksək qiymətləndirib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya birliyinin məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

İdarə heyətinin üzvləri, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək icmanın əvvəlki illərdə görülmüş işlərə nibətən daha operativ və fəal olduğunu bildiriblər. Qeyd edilib ki, icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətin daha səmərəli təşkili məqsədilə yeni fəaliyyət istiqamətlərinin qurulması labüddür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti