...

Fransız bəstəkarın Xocalı soyqırımına dair musiqi əsərinin ilk premyerası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 16:39 (UTC +04:00)
Fransız bəstəkar Pyer Tiloyun (Pierre Thilloy) Xocalı faciəsinə dair bəstələdiyi "Xocalı 613" adlı klassik musiqi əsərinin ilk premyerası keçirilib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Fransız bəstəkarın Xocalı soyqırımına dair musiqi əsərinin ilk premyerası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.Mehdiyev/

Fransız bəstəkar Pyer Tiloyun (Pierre Thilloy) Xocalı faciəsinə dair bəstələdiyi "Xocalı 613" adlı klassik musiqi əsərinin ilk premyerası keçirilib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Cəmiyyətin sifarişi ilə bəstələnmiş "Xocalı 613" adlı klassik musiqi əsərinin ilk premyerası Parisin "Saint Roch" kilsəsində baş tutub və tədbirdə 350-yə qədər insan, o cümlədən senatorlar, parlament nümayəndələri, xarici ölkə səfirləri və müsiqisevərlər iştirak ediblər.

Orion orkestrinin müşayiət etdiyi konsert proqramına dirijor Laurent Petiqirard rəhbərlik edib. London primyerası isə fevralın 26-da "St John's, Smith Square" kilsəsində baş tutacaq.

Müəllif Pyer Tiloy Azərbaycanda yaşamış və işləmiş, yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti