...

İsveç parlamentinin qarşısında Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 14:31 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təcavüzkar Ermənistan tərəfindən 1992-ci ildə Azərbaycan insanına qarşı törədilmiş Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar İsveç parlamentinin binası qarşısında - "Mynttorget" meydanında etiraz aksiyası keçirilib.
İsveç parlamentinin qarşısında Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Stokholmda Xocalı soyqırımı qurbanları etiraz aksiyası ilə anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təcavüzkar Ermənistan tərəfindən 1992-ci ildə Azərbaycan insanına qarşı törədilmiş Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar İsveç parlamentinin binası qarşısında - "Mynttorget" meydanında etiraz aksiyası keçirilib.

Stokholmda yaşayan azərbaycanlıların aksiya komitəsinin təşkilatçılığı ilə baş tutan və 2 saat davam edən aksiya Azərbaycanın dövlət himni və Xocalı şəhidlərinin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Mitinqə qatılan 200-dən çox insan arasında Azərbaycan icmaları ilə yanaşı, İraq Türkmənləri Federasiyası, Türk İşçi Dərnəkləri Federasıyası, İsveç-Uyğur Maarifləndirmə Cəmiyyəti və digər icmaların nümayəndələri də olub. Mitinqdə Azərbaycan, isveç, fransız, ingilis, fars və ərəb dillərində çıxışlar edilib, Ermənistanın hərbi təcavüz və vəhşilik faktlarını əks etdirən trakt, disk və broşürlər paylanıb. Yerli əhalinin diqqətini cəlb etmiş fotosərginin qarşısında Xocalı şəhidlərinin ruhuna şamlar yandırılıb.

Aksiyada Azərbaycan bayraqları ilə yanaşı, Türkiyə, İsveç, İraq türkmənləri və Kərkük türkmənlərinin bayraqları da dalğalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti