...

Barak Obama: ABŞ Dağlıq Qarabağ münaqəşənin sülh yolu ilə nizamlanmasında köməyini davam etdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2013 11:07 (UTC +04:00)
Barak Obama Ermənistan prezidenti Serj Sarqsyana yenidən prezident seçilməsi ilə bağlı göndərdiyi təbrik məktubunda ABŞ-ın Dağlıq Qarabağ münaqəşənin sülh yolu ilə nizamlanmasında köməyini davam etdirəcəyi bildirilib.
Barak Obama: ABŞ Dağlıq Qarabağ münaqəşənin sülh yolu ilə nizamlanmasında köməyini davam etdirəcək

Azərbaycan, Bakı, 4 mart, / Trend, müxbir E. Tarıverdiyeva/

Barak Obama Ermənistan prezidenti Serj Sarqsyanın yenidən prezident seçilməsi ilə bağlı göndərdiyi təbrik məktubunda ABŞ-ın Dağlıq Qarabağ münaqəşənin sülh yolu ilə nizamlanmasında köməyini davam etdirəcəyi bildirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ermənistan Prezidentinin rəsmi saytı xəbər yayıb.

"Biz Dağlıq Qarabağ münaqəşənin nizamlanmasında səylərimizi davam etdirəcəyik. Uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması üçün münaqişənin həll olunması istiqamətində əsaslı addımların atılması zəruridir",- məktubda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti