Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/
Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 10-da qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oglu atəşkəsin pozulması nəticəsində şəhid olub.
Allah rəhmət eləsin.