Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/
Erməni silahlı birləşmələri mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.