...

Mübariz Əhmədoğlu: Ukrayna Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu təşkil edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2013 13:24 (UTC +04:00)
Ukraynadakı erməni diasporu Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının və ya Qarabağda yaşayan ermənilərlə orada yaşamış azərbaycanlıların dialoqunu təşkil edə bilər.
Mübariz Əhmədoğlu: Ukrayna Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu təşkil edə bilər

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Ukraynadakı erməni diasporu Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının və ya Qarabağda yaşayan ermənilərlə orada yaşamış azərbaycanlıların dialoqunu təşkil edə bilər.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.

Onun fikrincə, bununla da Ukraynadakı erməni diasporu Ukraynanın ATƏT-ə sədrliyinə böyük töhfə vermiş olar. Bu isə sonda beynəlxalq aləmdə Ukraynanın nüfuzunun artmasına şərait yarada bilər.

Politoloqun sözlərinə görə, bu məsələdə diqqətçəkən iki cəhət var: "Əvvəla, Ukraynadakı erməni diasporunun bu dialoqu qurmağa gücü çatır və Dağlıq Qarabağ mənşəli, indi Ukraynada yaşayan məşhur kinorejissor Roman Balayan bu işdə müstəsna rol oynaya bilər. Eləcə də Ukraynadakı erməni diasporu Ermənistan hökumətinin siyasətinə təsir edə bilir. İkincisi, icmalararası dialoq və ya münaqişədən əziyyət çəkmiş şəxslərin birbaşa dialoqunun qurulması Ukrayna siyasətçiləri üçün tanış mövzudur. Ukrayna Dnestryanı münaqişənin tənzimlənməsində uzun müddətdir ki, həmsədr dövlətlərdən biridir. "5+2" formatında Ukraynanın ən əsas missiyalarından biri Dnestryanı münaqişədən əziyyət çəkənlərin birbaşa dialoqunun qurulmasıdır. Dnestryanı münaqişədən əziyyət çəkən tərəflərin dialoqunun qurulmasında əldə edilmiş təcrübəni Ukrayna siyasətçiləri erməni diasporu ilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkənlərin təmaslarının qurulmasına və dialoqunun yaranmasına sərf edə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti