...

Sloveniya Parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2013 13:28 (UTC +04:00)
Mayın 17-də Sloveniya Parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək.
Sloveniya Parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/

Mayın 17-də Sloveniya Parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək.

Trend-in AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova istinadən verdiyi məlumata görə, əsasən Sloveniya Milli Assambleyasında (Sloveniya Parlamenti) baş tutacaq dinləmələrdə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, işğal edilmiş ərazilərdə təcavüzkar dövlət tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının bütün insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması və Azərbaycan ərazilərinin işğalı səbəbindən ölkəmizə vurulmuş maddi və mənəvi zərərin miqyasına dair məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Milli Assambleyanın sədri cənab Yanko Veber və Sloveniya Respublikasının Baş naziri xanım Alenka Bratusiklə, Milli Assambleyanın Xarici siyasət komitəsi və Avropa İttifaqı məsələləri komitəsinin üzvləri, eləcə də Sloveniya - Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Bundan başqa, sənaye və energetika naziri Natiq Əliyev Sloveniya Respublikasının iqtisadi inkişaf və texnologiya naziri Stanko Stepişniklə görüşəcək.

Səfər zamanı nümayəndə heyətinin üzvləri, həmçinin Sempas şəhər meri tərəfindən qəbul ediləcək və Çepovanda Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin məzarını ziyarət edəcəklər.

Nümayəndə heyətinin tərkibinə sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa və Ceyhun Osmanlı daxildirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti