...

ATƏT cəbhə xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2013 09:57 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
ATƏT cəbhə xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verlən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi, ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Mik Dolan keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti